"Fənərbağça" heç-heçə etdi

Yoxlama görüşündə “Fənərbağça” ilə “Alanyaspor” üz-üzə gəlib.

Sportline.az xəbər verir ki, Alanya futbolçuları erkən qolla hesabı açıblar.

Bir vaxtlar “Fənərbağça”nın şərəfini qoruyan Salih Uçan 6-cı dəqiqədə hədəfdən yayınmayıb. Fasiləyədək tarazlıq bərpa olunub. Fərdi Kadıoğlu komandasını sevindirib. Qalan dəqiqələrdə qol olmadığından görüş bu hesabla da yekunlaşdıb. “Fənərbağça” – “Alanyaspor”: 1-1.