"Fənərbağça" heyəti gücləndirdi

"Fənərbağça" basketbol klubu heyəti yeni oyunçu ilə gücləndirib.

Sportline.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, istanbullular Latviya millisinin orta xətt oyunçusu Arturs Jaqarsı heyətə qatıblar.

23 yaşlı basketbolçu ilə 3 illk müqavilə bağlanıb.

Qeyd edək ki, "Fənərbağça" bu transferi perspektiv üçün reallaşdırıb.

Belə ki, Jaqars ölkəsinin ən istedadlı basketbolçularından biridir.