"Fənərbağça" heyətini gücləndirdi
“Fənərbağça” heyətinə yeni oyunçu cəlb edib.
Sportline.az “Hürriyet”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Frankfurt “Ayntraxt”ından Simon Faletteni alıb.
Artıq qvineyalı müdafiəçinin İstanbulda olduğu bildirilir. 27 yaşlı futbolçunun müqavilə imzaladıqdan sonra komandanın Antalyadakı təlim-məşq toplanışına qoşulacağı gözlənilir.