“Fənərbağça” ingiltərəli ulduzu heyətinə qatmaq istəyir
Ötən mövsümü "Çelsi"də icarə əsasında keçirən ingiltərəli futbolçu Ceydon Sanço karyerasını "Fənərbağça"da davam etdirə bilər.
Sportline.az "Milliyet" qəzetinə istinadən xəbər verir ki, İstanbul klubu Sançonu transfer etmək üçün hərəkətə keçib.
25 yaşlı sol cinah vingeri müqavilə əsasında "Mançester Yunayted" klubuna məxsusdur.
Qeyd edək ki, Sanço ötən mövsüm çıxış etdiyi 42 matçda 5 qol 10 asistlə yadda qalıb.