"Fənərbağça" kanadalı futbolçunun transferində israrlıdır
"Fənərbağça"nın yayda əsas hədəfi "Lill"in kanadalı futbolçusu Conatan Deyvid olacaq.
Sportline.az xəbər verir ki, İstanbul klubu Conatan Deyvidi azad agent kimi heyətinə qatmağı planlaşdırır. Bu haqda "Sözcü" qəzeti məlumat yayıb.
"Sarı-lacivərtlilər" Deyvidə 15 milyon avro imza pulu və illik 9 milyon avro maaş təklif edib.
Qeyd edək ki, 25 yaşlı futbolçu ilə "Napoli"də yaxından maraqlanır.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 48 matçda 25 qol 12 məhsuldar ötürmə müəllif olub.