"Fənərbağça" klubu yekun qərarını açıqlayıb
"Fənərbağça" klubu yekun qərarını açıqlayıb.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, "sarı-lacivərtlər"in rəsmiləri iclasda 4 qərar qəbul ediblər.
1-ci qərarda Super Liqada yollarına davam edəcəklərini və çempion olmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.
2-ci qəbul edilən qərarda 2023-cü ildə keçirilməsi gözlənilən Super Kubok matçına ya çıxmayacaqlarını ya da U-19 komandası ilə oynayacaqlarını deyiblər. Əlavə olaraq isə bundan sonra Super Kubok-a qatılmamaq ya da bundan sonrakı 2 il ərzində U-19 komandası ilə qatılmaq qərarına gəlinib.
3-cü qərarı açıqlayan Ali Koç FİFA və UEFA ilə görüşəcəklərini və xarici hakimlərin təyin olmasını tələb edəcəklərini bildirib.
4-cü qərarda isə "Fənərbağça" klubu bütün qərarlarını TFF-yə bağlı olmadan veriləcəyi bildirilib.
Qeyd edək ki, Ali Koç iclasın sonunda Edin Cekoya səslənərək :"İstədiyini biz də istəyirik. Meydana çıx və qalib gəl. Mövsüm sonunda kuboku birlikdə qaldıraq", -deyib.