"Fənərbağça" Livakoviçə əvəzləyici tapıb

Gələn mövsüm də çempionluğu hədəfləyən "Fənərbağça" heyəti gücləndirmək üçün fəaliyyəti davam etdirməkdədir.

Sportline.az xəbər verir ki, istanbullular qapıçı mövqeyinə də əl gəzdirəcəklər.

aspor.com.tr-nin yaydığı məlumata görə, Livakoviçlə yolları ayrılacaq "sarı-lacivərtlilər" onu əvəzləyəcək qolkiperi tapıblar.

Söhbət David de Xeya dan gedir. "Fiorentina" ilə uğurlu mövsüm keçirən ispan futbolçunun da "Fənərbağça"nın təklifinə isti yanaşdığı deyilir.

Tərəflər arasında ilkin danışıqların uğurlu alındığı bildirilir. 

Banner