"Fənərbağça" "Mançester Siti"yə elçi düşüb
"Mançester Siti"nin ingiltərəli futbolçusu Kayl Uolker karyerasını Türkiyə Süper Liqasında davam etdirə bilər.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Uolker "Fənərbağça"nın əsas transfer hədəfinə çevrilib.
Bu keçid üçün İstanbul nəhəngi qarşı tərəfə 8 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Uolkerin "Mançester Siti" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
O, ötən mövsümün 2-ci yarısını "Milan"da icarə əsasında keçirib.
Xatırladaq ki, Uolker 2017-ci ildən "Mançester Siti"nin formasını geyinir.