"Fənərbağça" məşhur çalışdırıcı ilə danışıqlara başlayıb

Son 3 həftədə 8 xal itirən "Fənərbağça"da baş məşqçi Ersun Yanaldan narazılıqlar artır.
 
Sportline.az xəbər verir ki, İstanbul klubunun mütəxəssislə yollarını ayıra biləcəyi iddia olunur. Yerli medianın məlumatına görə, bazar günü "Qalatasaray"la derbidə alınacaq məğlubiyyət Ersun Yanalın istefaya göndərilməsi ilə nəticələnəcək.
 
Artıq "Fənərbağça" rəhbərliyi yeni baş məşqçi tapıb. İddiaya görə, komandanı "Bavariya"nın sabiq çalışdırıcısı Niko Kovaça tapşırmaq niyyətində olan rəhbərlik xorvat mütəxəssislə danışıqlara başlayıbö
 
Bildirilir ki, artıq Kovaçın köməkçisi "Fənərbağça"nın oyunlarını izləməyə və məlumat toplamağa başlayıb. Hətta tərəflər arasında anlaşmanın böyük iölçüdə əldə olunduğu deyilir. 
 
Qeyd edək ki, Niko Kovaç məşqçi karyerasına Avstriyanın "Zalsburq" klubunun futbol akademiyasında başlayıb. Daha sonra Xorvatiyanın U-21 (2012-2013) və əsas millilərini (2013-2015) çalışdıran 48 yaşlı mütəxəssis 2016-2018-ci illərdə Frankfurt "Ayntraxt"ına başçılıq edib. 2018-ci ildə "Bavariya"nın baş məşçisi təyin olunan Kovaç ötən ilin noyabrında istefaya göndərilib. 
 
2017/18 mövsümündə "Ayntraxt"la Almaniya Kubokunu qazanan mütəxəssis "Bavariya" ilə Bundesliqanın (2018/19), ölkə kubokunun (2018/19) və Super Kubokunun (2018) qalibi olub.