"Fənərbağça" Muriçi transfer etdi

"Fənərbağça" növbəti transferini açıqlayıb.
 
Sportline.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Rizəspor"un hücumçusu Vedat Muriçi transfer edib. Kosovo millisinin üzvü ilə 4 illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki,  25 yaşlı Muriç 2018-ci ildə "Əskişəhərspor"dan "Rizəspor"a keçib.