"Fənərbağça" növbəti mərhələdə

Türkiyə kubokunda 1/8 finalın cavab oyunları keçirilir.

Sportal.az xəbər verir ki, "Fənərbağça" ilk oyunda heç-heçə etdiyi (0:0) "Kayserispor"u qəbul edib. İstanbul klubu 2:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.

"Fənərbağça" - "Kayserispor" - 2:0

Qollar: Ferdi Kadioğlu, 23, Mevlut Erdinç, 45+1