"Fənərbağça" qələbəyə həsrət qalıb

Türkiyə Super Liqasında 26-cı turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, "Fənərbağça" səfərdə "Konyaspor"a 0:1 hesabı ilə uduzub.

"Trabzonspor"la "Başakşəhər" hərəyə 52 xalla Super Liqanın turnir cədvəlinsə ilk 2 pilləni bölüşürlər. "Fənərbağça" 40 xalla 7-ci, "Konyaspor" 26 xalla 14-cüdür.

"Konyaspor" - "Fənərbağça" - 1:0

Qol: Riad Bajiç, 41

Qırmızı vərəqələr: Neyç Skubiç, 67, Ömər Ali Şahiner, 76 (hər ikisi "Konyaspor")