"Fənərbağça" qərarını açıqladı

"Fənərbaxça" klubu, müdafiəçisi Maurisio İsla ilə yolları ayırıb. 

Sportline.az klubun saytına istinadla xəbər verir ki, çilili futbolçunun müqaviləsinə xitam verilib.

31 yaşlı futbolçu 2017-ci ildə "Kalyari"dən İstanbul klubuna keçmişdi.

Qeyd edək ki, İsla "Yuventus", KPR, "Udineze, "Marsel" klublarının da formasını geyinib.