"Fənərbağça" son qələbə ilə 6-cı pillədə

Türkiyə Superliqasında 2018/19-cu illər mövsümünə yükun vurulub.

Sportline.az xəbər verir ki, son 3 turda qələbə qazanan “Fənərbağça” doğma meydanda “Antalyaspor”la görüşdə də iddialı idi. İlk dəqiqələrdən üstünlüyə yiyələnən Ərsun Yanalın komandası fasiləyədək hesabı açıb. 13-cü dəqiqədə Miha Zayts fərqlənib.

Hücumlarını gücləndirən Antalya klubu 33-cü dəqiqədə tarazlığı bərpa edib. Mövlud Ərdinç hesabı bərabərləşdirib. 1-1. İkinci hissəyə meydan sahibləri daha fəal başlayıblar. 69-cu dəqiqədə Elif Elmas “Fənərbağça”nı yenidən hesabda önə çıxarıb – 2:1. Əsas vaxta əlavə edilən 1-ci dəqiqədə isə Viktor Moses son qolun müəllifi olub.

3:1 hesablı qələbə qazanan “Fənərbağça” mövsümü 6-cı pillədə bitirib.