"Fənərbağça" "Trabzonspor"un futbolçusu üçün 15 milyon avro ayırdı

"Fənərbağça" yay transfer pəncərəsi dövründə heyətinə yeni qapıçı transfer edəcək.

Sportline.az "DHA"ya istinadən xəbər verir ki, "Trabzonspor"un kiperi Uğurcan Çakır "Fənərbağça"nın 1 nömrəli hədəfinə çevrilib.

İstanbul klubu 29 yaşlı futbolçu üçün 15 milyon avro ayırıb.

Qeyd edək ki, Uğurcan Çakırın "Trabzonspor"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.