"Fənərbağça" "Trabzonspor"un futbolçusuna göz qoydu

"Fənərbağça" klubu bu yay heyətinə yeni qapıçı transfer etməyi planlaşdırır.

Sportline.az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul klubunun əsas hədəfi "Trabzonspor"un 29 yaşlı kiperi Uğurcan Çakırdır.

Təcrübəli futbolçunun dəyəri 10 milyon avrodur. "Fənərbağça"nın rəhbərliyi oyunçunun meneceri ilə danışıqlar aparır.

Qeyd edək ki, Uğurcan Çakırın "Trabzonspor"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.