"Fənərbağça"nın transfer siyahısındakı "Barselona"lı

Son mövsümdə bərbad çıxışı ilə diqqət çəkən "Fənərbağça" heyətini gücləndirmək üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, klub prezidenti Ali Koçun "Barselona" ilə əlaqələrindən yararlanmağa çalışan komanda rəhbərliyi Rafinya üçün hazırlığa başlayıb.

Yarımmüdafiəçi 2018-ci ildə zədələnərək 6 ay yaşıl meydanlardan uzaq qalıb. Qeyd edək ki, "sarı-lacivərdlilər" bunadək iranlı Allahyar Səyyadmaneşi transfer edib.