"Fənərbağça" və "Trabzonspor" transfer yarışına girib
Ötən mövsümü icarə əsasında "Tottenhem"də keçirən almaniyalı futbolçu Timo Verner karyerasını Türkiyə Süper Liqasında davam etdirə bilər.
Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, "Fənərbağça" və "Trabzonspor" Verneri transfer etmək üçün hərəkətə keçib.
29 yaşlı forvardın hazırkı dəyəri "Transfermarkt" portalına görə, 7 milyon avrodur.
Qeyd edək ki, Verner müqavilə əsasında Almaniyanın "Leipziq" klubuna məxsusdur.
O, ötən mövsüm meydana çıxdığı 27 matçda 1 qol 3 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Timo Verner keryerası ərzində daha əvvəl "Ştutqart" və "Çelsi" kimi klublardada çıxış edib.