"Fənərbağça" yaponiyalı hücumçunu transfer etmək istəyir

11 ildir çempionluğa həsrət qalan "Fənərbağça" gələn sezon intizara son qoymaq niyyətindədir.

Sportline.az xəbər verir ki, İstanbul nəhəngi heyyəti gücləndirmək istiqamətində işləri davam etdirir.

Türkiyə mətbuatında yayılan xəbərlərə görə, "sarı-lacivərtlilər"in hədəfində olan futbolçulardan biri də "Seltik"in yaponiyalı futbolçusu Dayzen Maedadır.

İstanbullular 27 yaşlı sol cinah oyunçusu üçün 10 milyon avrodan keçməyə hazırdırlar.

Qeyd edək ki, Maeda cari mövsümdə keçirdiyi 51 oyunda 33 qol, 12 asist müəllifidir.