"Fənərbağça" yoluna davam edir

Türkiyə Kubokunda 1/8 final mərhələsinin son iştirakçıları müəyyənləşib.

SportLine.az xəbər verir ki, 1/16 final mərhələsinin son oyun günündə daha üç qarşılaşma keçirilib. Çempionatda işləri qaydasında getməyən "Fənərbağça" "Giresunspor" səddini adlayıb.

Super Liqa klublarından "Akhisar" və "Antalyaspor" da yoluna davam edir. 

"Hatayspor" - "Gənclərbirliyi" - 2:0
QOLLAR: Kurumuş, 37, Bağ, 49
İlk oyun - 1:2

"Darıca Gənclərbirliyi" - "Antalyaspor" - 0:1
QOL: Barrada, 47
İlk oyun - 2:2

"Akhisar" - "Karagümrük" - 2:0
QOLLAR: Manu, 73, Bokila, 90+3 (pen.)
İlk oyun - 4:1

"Giresunspor" - "Fənərbaxça" - 2:5
QOLLAR: İdazza, 14, Okumak, 68 (pen.) - Soldado, 7, Ekici, 49, 55, Mehmet Topal, 73, Reyes, 89
İlk oyun - 0:1