"Fənərbağça"da ciddi itki var
“Fənərbaxça”nın hücumçusu Maks Kruse, Türkiyə kubokunun yarımfinal mərhələsində, “Trabzonspor”a qarşı cavab oyununda iştirak edə bilməyəcək.
Sportline.az xəbər verir ki, bu haqda, klub prezidenti Ali Koç yerli mətbuata açıqlamasında bildirib. O, almaniyalı hücumçunun vəziyyətinin ötən gün qəfildən pisləşdiyini və təcili xəstəxanaya aparıldığını, appendisit əməliyyatı olunduğunu açıqlayıb. Bu üzdən də 32 yaşlı forvard qarşıdakı oyunlarda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, “Fənərbaxça” martın 3-də keçirilən ilk yarımfinal matçında 1:2 hesabı ilə uduzmuşdu. Bu gün keçiriləcək cavab oyunu, Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.