"Fənərbağça"da koronavirus şoku

"Fənərbaxça" klubunda koronavirusa yoluxma faktı qeydə alınıb.

Sportline.az xəbər verir ki, komandanın bu günə planlaşdırılan məşqi ləğv olunub.

Klubun saytında yayılan məlumatda bildirilib ki, mayın 5-i futbolçular və klubun əməkdaşları koronavirus testindən keçib.

Nəticələrə əsasən, bir əməkdaşda koronavirus aşkarlanıb. Daha bir işçidə də koronavirus şübhəsi yaranıb.

Onların ikinci dəfə testdən keçəcəyi bildirilib.