"Fənərbağça"da şok ayrılıq gözlənilir

Növbəti mövsümün planlarını quran "Fənərbağça"da şok ayrılıq gözlənilir.

Sportline.az xəbər verir ki, komandanın əsas oyunçularından olan Yusuf En-Nesiri ilə yollar ayrıla bilər.

Türkiyə mətbuatında yayılan məlumata görə, mövsümün əvvəlində 19,5 milyon avroya transfer olunan hücumçu ərəb klublarının hədəfindədir.

Yüksək məbləğli təkliflərin sonda ayrılıqla nəticələnəcəyi gözlənilir.

"Fənərbağça"nın 27 yaşlı mərkəz hücumçusunu 30 milyon avroya satmağa hazır olduğu bildirilir.

Qeyd edək ki, En-Nesirinin istanbullularla 2029-cu ilədək müqaviləsi var.