"Fənərbağça"da "yarpaq tökümü"

Mövsümü ikinci pillədə başa vuran "Fənərbağça"da "yarpaq tökümü" davam edir.

Sportline.az xəbər verir ki, artıq İstanbul nəhəngindən ayrılacaq 6 futbolçunun adı məlumdur.

Edin Ceko, Duşan Tadiçin ardından Allan Sent-Maksimin də komandadan ayrıldığını açıqlayıb.

İcarə müddəti başa çatan Şkrinyar da PSJ-yə qayıdıb. 

"Fotomaç"da yayılan xəbərə görə, bu futbolçularla yanaşı Osayi Samuel, Bekao, Ciku, Dominik Livakoviç, Sebastyan Şimanski və Yussef En-Nesiri də yeni mövsümdə "Fənərbağça"nın formasını geyinməyəcək.