"Fənərbağça"da yeni futbolçu

"Fənərbağça" növbəti transferini bitirmək üzrədir.

Sportline.az xəbər verir ki, İstanbul klubu "Kayserispor"la Deniz Türüçün transferi ilə bağlı razılığa gəlib. 26 yaşlı oyunçu tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, "Fənərbağça" Türkiyə millisinin üzvü üçün 2 milyon avro təzminat ödəyəcək.