"Fənərbağça"da yeni transfer

Türkiyənin "Fənərbağça" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi aşağı liqa təmsilçisi "Gölcükspor"un yarımmüdafiəçisi İsmail Yükseki transfer edib.

21 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.