“Fənərbağça”dan 25 milyon avroluq transfer
“Yuventus”da icarə əsasında çıxış edən fransalı forvard Randal Kolo Muani karyerasını “Fənərbağça”da davam etdirə bilər.
Sportline.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, İstanbul klubu Kolo Muani üçün “Paris Sen-Jermen”ə 25 milyon avro təklif edib.
26 yaşlı futbolçunun “Yuventus”da icarə müddəti mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, R.Kolo Muani bu mövsüm çıxış etdiyi 31 matçda 9 qol 3 asistlə yadda qalıb.