"Fənərbağça"dan 5 qol

Türkiyə Super Liqasında 14-cü tura start verilib.

Sportline.az xəbər verir ki, "Gənclərbirliyi"ni qəbul edən "Fənərbağça" 5:2 hesablı qələbə qazanıb.

Super Liqada turnir cədvəlinə 27 xalla "Sivasspor" başçılıq edir. "Fənərbağça" 25 xalla 2-cidir.

"Fənərbağça" - "Gənclərbirliyi" - 5:2

Qollar: Vedat Muriki, 23, 39, Luis Qustavo, 32, Ferdi Kadioğlu, 74, Maks Kruze, 87 - Sio, 8, Stanku, 78