"Fənərbağça"dan ardıcıl 3-cü qələbə

Türkiyə Superliqasının 33-cü turunda "Fənərbağça" "Ərzurum" komandasının qonağı olub.

Sportline.az xəbər verir ki, "sarı-lacivərdlilər" Viktor Mosesin qolu ilə minimal hesablı qələbə qazanıblar. Bu qələbə ilə "Fənərbağça" 43 xalla 8-ci yerə yüksəlib.

"Ərzurum" 0:1 "Fənərbağça"
Qol:
Viktor Moses, 59.