"Fənərbağça"dan "Başakşəhər"ə

"Fənərbağça"dan ayrılan Mehmet Topal "Başakşəhər"ə transfer olunub.

Sportline.az xəbər verir ki, Türkiyə millisinin üzvü ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçinin adı "Qalatasaray"la da hallanırdı.

Xatırladaq ki, M. Topal iyunda "Fənərbağça" ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etmişdi.