"Fənərbağça"dan böyük hesablı qələbə

Türkiyə Super Liqasında 9-cu turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, "Konyaspor"u qəbul edən "Fənərbağça" 5:1 hesablı qələbə qazanıb.

Super Liqada turnir cədvəlinə 18 xalla "Alanyaspor" başçılıq edir. "Fənərbağça" 17 xalla 2-cidir. 12 xalı olan "Konyaspor" 8-ci sırada qərarlaşıb.

"Fənərbağça" - "Konyaspor" - 5:1

Qollar: Qarri Rodriqes, 11, Matias Yorqensen, 14, Ozan Tufan, 28, Luis Qustavo, 78, Vedat Muriqi, 82 - Sərdar Əziz, 16 (avtoqol)