"Fənərbağça"dan tarixi etiraz

Türkiyənin "Fənərbağça" klubu tarixi etiraza imza atıb.

Sportline.az xəbər verir ki, 2015-ci il aprelin 4-də "Rizəspor" - "Fənərbağça" (1:5) görüşündən sonra İstanbula qayıtmaq istəyən "sarı-lacivərdlilər" şok hadisə ilə üzləşmişdilər. Komandanı daşıyan avtobus Trabzonda naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalmışdı, yaralanan sürücü isə xəstəxanaya aparılmışdı.

4 ildir ki, cinayətkarların tapılmamasına etiraz edən "Fənərbağça" klubun rəsmi kanalı "Fb TV"-ni, saytını, sosial şəbəkə hesablarını bağlayıb. Bundan başqa, İstanbul komandasında əfsanələşən Lefter Küçükandonyadis və Aleks de Souzanın heykəllərinin üstü örtülüb.

Türkiyədə böyük əks-səda doğuran bu hadisədən sonra xeyli "Fənərbağça" azarkeşi sosial şəbəkələrdə klublarına dəstək olublar.