"Fənərbağça"dan transfer bombası
"Fənərbağça" heyətini ulduz futbolçu ilə gücləndirmək niyyətindədir.
Sportline.az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, Neymar İstanbul klubunun əsas transfer hədəfinə çevrilib.
33 yaşlı futbolçunun "Santos"la müqaviləsi bu ayın 30-da başa çatacaq.
Qeyd edək ki, Neymar karyerası ərzində çıxış etdiyi 603 matçda 363 qol 227 asistlə yadda qalıb.
Onun hazırkı dəyəri 12 milyon avro olaraq qiymətləndirilir.