"Fənərbağça"nın baş məşqçisi kim olacaq?

Macarıstan "Ferentsvaroş"unun baş məşqçisi Sergey Rebrov Türkiyənin "Fənərbağça" komandasına rəhbərlik edə bilər.

Sportline.az "Fotospor"a istinadən xəbər verir ki, klub prezidenti Ali Koç agentlərə 45 yaşlı mütəxəssisin namizədliyini ciddi nəzərdən keçirməyi tapşırıb. Rebrov müqavilə üzrə İngiltərə "Tottenhem"inə məxsus hücumçu kimi 2002 - 2004-cü illərdə icarə əsasında "Fənərbağça"nın formasını geyinib və 38 matçda 4 qolun müəllifi olub. Ukraynalı sabiq futbolçu "Ferentsvaroş"a 2018-ci ildən rəhbərlik edir.

Qeyd edək ki, "Fənərbağça" martın 4-də Ersun Yanalın istefa verməsindən sonra baş məşqçisizdir.