"Fənərbağça"nın baş məşqçisi müəyyənləşdi

"Fənərbağça”nın yeni baş məşqçisi məlum olub.

Sportline.az İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandaya müvəqqəti olaraq Tahir Karapınar rəhbərlik edəcək. O, Superliqanın son 8 turunda “Fənərbağça”nı çalışdıracaq.

Yeni mövsümdən isə Karapınarın “Fənərbağça”nın akademiyasında koordinator kimi çalışacağı bildirilib.

Qeyd edək ki, 53 yaşlı mütəxəssis daha əvvəl “Konyaspor”, “Manisaspor”, “Qaziantep” kimi klublarda köməkçi məşqçi kimi işləyib.

Banner