"Fənərbağça"nın futbolçusu "Qalatasaray"la anlaşdı

"Qalatasaray" əzəli rəqibi "Fənərbağça"nın futbolçusu ilə anlaşıb.

Sportline.az xəbər verir ki, bu, 29 yaşlı sağ cinah müdafiəçisi Şener Özbayraklıdır.

Artıq klub rəhbərliyi futbolçu ilə anlaşıb. Tibbi müayinədən sonra Şenerlə müqavilə imzalanacaq.