"Fənərbağça"nın futbolçusu yenidən zədələndi

"Fənərbağça" Superliqanın 9-cu turunda "Konyaspor"la oyuna ciddi itki ilə çıxacaq.

Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Maks Kruze zədə səbəbi ilə meydanda olmayacaq. Zədəsini yenicə bərpa edib, komandayla məşqlərə qoşulan 31 yaşlı hücumçu dünənki məşqdə ağrı hiss edərək, məşqi yarımçıq buraxıb. Onun ən azı, 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

Qeyd edək ki, "Fənərbağça" 8 turdan sonra 14 xalla 3-cü qərarlaşıb.