"Fənərbağça"nın hücumçusu getdi
Türkiyənin "Fənərbağça" klubu futbolçusu Maks Kruze ilə yollarını ayırıb.
Sportline.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, almaniyalı hücumçunun müqaviləsinə birtərəfli şəkildə xitam verilib.
Qeyd edək ki, M.Kruze 2019-cu ilin yayında Almaniya "Verder"indən "Fənərbağça"ya keçib. 32 yaşlı forvardla 3 illik müqavilə imzalanmışdı.