İlk transfer: Allahyar "Fənər"ə "yar olacaqmı"?!

Bərbad çıxışı ilə diqqət çəkən "Fənərbağça" yeni mövsümə hazırlıqlara başlayıb.

Sportline.az xəbər verir ki, "sarı-lacivərdlilər" artıq ilk transferini reallaşdırıblar.

Bu, İranın "İstiqlal" komandasından ayrılan Allahyar Səyyadmaneşdir. 17 yaşlı hücumçu son mövsümdə 15 oyuna 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, "Fənərbağça"da 4+1 illik müqavilə əsasında çıxış edəcək.