"Fənərbağça"nın istədiyi futbolçu Braziliyaya getdi

“Fənərbağça”nın hədəfində olan braziliyalı futbolçu Ramiresin yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, 32 yaşlı futbolçu karyerasını vətəni Braziliyada davam etdirəcək. O, “Palmeyras” komandası ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, bundan əvvəl Çin çempionatında mübarizə aparan braziliyalı yarımmüdafiəçi “Joinvili”, “Kruzeyro”, “Benfika” və “Çelsi” klublarında da çıxış edib.