"Fənərbağça"nın koronavirus testlərinin nəticəsi

“Fənərbağça” növbəti dəfə koronavirus testindən keçib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, ötən gün futbolçular, məşqçilər, eləcə də klub çalışanlarından koronavirusla bağlı yeni analizlər götürülüb.

Artıq testlərin nəticəsi də məlumdur. Bütün testlərin nəticəsi neqativ çıxıb.

Qeyd edək ki, koronavirus pandemiyasına görə martda dayandırılan Türkiyə Superliqasında mövsüm sabahdan etibarən bərpa olunacaq.