"Fənərbağça"nın ulduzu "Qalatasaray"a keçə bilər
"Fənərbağça"nın slovakiyalı futbolçusu Milan Şkrinyar növbəti mövsümdə "Qalatasaray"ın formasını geyinə bilər.
Sportline.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatında xəbər yayılıb.
"Fənərbağça"da icarə müddəti iyunun 30-da bitən müdafiəçi, istanbullulara PSJ-də aldığı illik 10 milyon avrodan az məvacibə razı olmadığını bildirib.
"Sarı-lacivərtlilər"in isə bu şərtdən narazı qaldığı bildirilir.
Belə olduğu halda "Qalatasaray"ın slovakiyalı futbolçu üçün hərəkətə keçəcəyi gözlənilir.
Ötən mövsüm son anda bu transferi reallaşdıra bilməyən "Cim-bom" bu dəfə şansı qaçırmaq niyyətində deyil.
Məsələyə mövsümün sonunda aydınlıq gətiriləcək.