"Fənərbağça"nın üzvü kimin hədəfindədir?

Almaniyanın "Fortuna" klubu "Fənərbaxça"dan icarəyə götürdüyü Matias Yorqensen Zankanın transfer hüququna yiyələnməyəcək.

Sportline.az xəbər verir ki, İstanbul klubunun da planlarında yer almayan futbolçu Danimarkaya qayıda bilər. 29 yaşlı müdafiəçini sabiq klubu "Kopenhagen" istəyir. Paytaxt klubu Danimarka millisinin üzvünün keçidi üçün Türkiyə ilə danışıqlara başlayacaq.

"Fənərbağça" Qambiya əsilli futbolçunu 2019-cu ilin yayında İngiltərənin "Haddersfild" klubundan 2 milyon avroya almışdı. Zanka 2014-2017-ci illərdə "Kopenhagen"də çıxış edib.