"Fənərbağça" mərakeşli forvardı istəyir
"Fənərbağça" yeni mövsümə hazırlıqları davam etdirir.
Sportline.az xəbər verir ki, İstanbul nəhəngi heyətə əl gəzdirməkdədir.
Yolları ayrılan futbolçuların əvəzinə transferlər planlaşdıran "sarı-lacivərtlər"in hədəfindəki oyunçulardan biri də Azzedin Unahidir.
Klub rəhbərliyi bu məqsədlə "Marsel" klubu ilə danışıqlara bağlayıb.
Qeyd edək ki, son mövsümü ivarə əsasında "Panatinaikos"da keçirən mərakeşli hücumçu 25 oyuna 5 qol, 4 asistlə yadda qalıb.