"Fənərbaxça"nın "vuran ayağı"nın qolu sındı
Türkiyə Super Liqasının 25-ci turunda xal itkisi ilə barışan "Fənərbaxça" ən sərrast futbolçularından biri olan Fernandaonu da itirib. Sportline.az xəbər verir ki, braziliyalı forvard "Konyaspor"la oyunun 34-cü dəqiqəsində top uğrunda mübarizədə qolunu sındırıb. İlkin müayinə onun sol qolunun dirsəyində sümük sınığı aşkarlayıb. Qeyd edək ki, "Fənərbaxça" - "Konyaspor" matçı qonaqların qələbəsi ilə nəticələnib. 3:2. |