Fernandeş "Real"ın hədəfindədir
"Vest Hem"in futbolçusu Mateuş Fernandeş karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Real Madrid" 21 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, M.Fernandeşlə "Mançester Yunayted"də yaxından maraqlanır.