Fidan Oruc Əliyeva: "Dünya Oyunlarında savat millimizdən Tutu İsmayılova çıxış edəcək"
"Dünya Oyunlarında savat millimizdən Tutu İsmayılova çıxış edəcək".
Bunu Sportline.az saytına açıqlamasında savat milli yığma komandasının mətbuat katibi Fidan Oruc Əliyeva bildirib.
"4 ildən bir keçirilən Dünya Oyunlarında savat millimizin üzvü Tutu İsmayılova da mübarizə aparacaq. Komandamız bu lisenziyanın məntiqi nəticəsi üçün son hazırlıqları davam etdirir. Nümayəndə heyətimiz sabah millimizin baş məşqçisi Taleh Nağızadənin rəhbərliyi ilə yarışın keçirildiyi Ər Riyad şəhərinə yollanacaq. Yarışdan qələbə ilə qayıdacağımıza ümid edirəm".
Qeyd edək ki, Beynəlxalq Olimpiya komitəsinin təşkilatçılığı ilə keçirilən yarışda bu il 16 brend idman növü seçilib. Savat növündə ölkəmizi təmsil edəcək Tutu İsmayılova 52 kq çəki dərəcəsində mübarizə aparacaq.