FİFA "Real"a 1 milyon avro ödəyəcək

FİFA Madrid "Real"ına 1 milyon avrodan artıq vəsait ödəməlidir.

Sportline.az xəbər verir ki, bu, Fransa millisinin düşərgəsində zədələnən Eduardu Kamavinqanın zədəsinə görə kompensasiya çərçivəsində reallaşacaq.

Bu haqda tanınmış jurnalist Xose Feliks Dias Tvitter səhifəsində məlumat paylaşıb.

FİFA bu məbləği klubların müdafiəsi üçün həyata keçirdiyi proqrama əsasən ödəyəcək.

Qeyd edək ki, ciddi xəsarət alan Kamavinqanın 6-8 həftə yaşıl meydandan kənarda qalacağı gözlənilir.