FIFA referimiz növbəti təyinat alıb

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Sportline.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsinin K qrupunda keçiriləcək Serbiya – Andorra matçının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Matçın VAR hakimləri italiyalı Canluka Aureliano və Valerio Marini olacaqlar.

Görüş iyunun 10-da Leskovaç şəhərində yerləşən “Duboçiça” stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.