Firminonun "Əl-Əhli"dəki taleyinə aydınlıq gəlib

"Əl-Əhli"nin brazilyalı futbolçusu Roberto Firmino mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az jurnalist Ben Yakopsun məlumatına istinadən xəbər verir ki, "Əl-Əhli" Firmino ilə yeni müqavilə imzalamaq niyyətində deyil.

Klub oyunçunu satmaq qərarına gəlib. O, bu mövsüm çıxış etdiyi 31 matçda 12 qol 10 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Firminonun "Əl-Əhli" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.